İraqda azı 35 nəfər həlak olub

Yanvarın 11-də İraqda İŞİD terror qruplaşmasının üzvləri  ticarət mərkəzinə hücumu və digər partlayışlarda azı 35 nəfər həlak olub. Bu, son aylar İraqda ən çox insan tələfatının baş verdiyi gündür.
 
Bağdadın şərqində yerləşən ticarət mərkəzinə hücum edənlər intiharçı jiletləri geyiniblər, partlayıcıları işə salmamışdan girovlar da götürüblər. Bu hücumda azı 17 nəfər öldürülüb.
Bağdadda ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb.
 
Reuters agentliyi Bağdadda və ətrafında çoxsaylı hücumlarda azı 51 nəfərin həlak olduğunu yazır./
 
 

Google+ WhatsApp ok.ru