İraqda daha 106 İŞİD terrorçusu məhv edildi

 İraqın təhlükəsizlik xidmətinin əməkdaşları İŞİD terrorçu qruplaşmasının daha 106 yaraqlısını məhv ediblər.
 
Maide.az-ın məlumatına görə, İraq Silahlı Qüvvələrinin baş qərargahının mətbuat katibi Qasim Ata Bağdadda keçirilən mətbuat konfransında çıxış edərək bildirib ki, İraqın hökumət qüvvələri avaisiyanın yardımı ilə əl-Anbar vilayətində 78 İŞİD terrorçusunu, o cümlədən də 6 avtomobili məhv ediblər.
 
Qasim Ata həmçinin əlavə edib ki, İraqın Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbçilər ilə Diala vilayətində birgə keçirdikləri anti-terror əməliyyatı zamanı 21 İŞİD terrorçusunu və 3 avtomobillini də məhv ediblər. Məhv edilən terrorçuların arasında İŞİD terrorçu qruplaşmasının liderlərindən biri olan Abu Abdulla əl-Əfqani də olub. İraq ordusu Babil əhalisinin yardımı ilə bu vilayətdə də 6 İŞİD terrorçusunu məhv ediblər.

Google+ WhatsApp ok.ru