İraqda daha bir şəhər İŞİD terrorçularından təmizləndi

İraq xalq qüvvələri və hərbçiləri bu gün Səlahəddin vilayətinin şimalında yerləşən Bici şəhərini İŞİD terrorçularından tam şəkildə azad edib. Bunu Əsaib Əhli Həqq xalq qrupunun komandanı Şeyx Qeys Xəzəli deyib. 
Miade.az xəbər verir ki,   O deyib ki,  "Ləbbeyk Ya İraq" əməliyyatının davamında İraq hərbçiləri və xalq qüvvələri bu gün Səlahəddin vilayətinin şimalında yerləşən Bici şəhirini İŞİD terror qruplaşmasından tam şəkildə azad edib və İraqın bayrağını dövlət binaları, o cümlədən bu şəhərin icra hakimiyyətinin binasının üzərinə sancıb.
Onun sözlərinə görə, bir neçə həftə döyüşdən sonra bu strateji bölgə İŞİD-çilərdən təmizlənib. "Hazırda Bici neftayırma zavodunun azadlığı üçün səylər davam edir." 
Bici şəhəri Bağdadın 210 km şimalında yerləşir və Mosul, Ərbil, Kərküklə həmsərhəddir. Bu şəhərin azadlığı Mosul şəhərinin fəthinə böyük kömək hesab olunur./
 

Google+ WhatsApp ok.ru