İraqda güclü partlayış olub: 60 ölü, 200 yaralı

Maide.az "Reuters"ə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadın yaxınlığında minalanmış maşının partlaması nəticəsində 60 nəfər ölüb, 200 nəfər isə yaralanıb.
 
Bildirilir ki, partlayış Mədinət-əs-Sədr bölgəsindəki bazarlardan birində törədilib.
 
Hələlik partlayışı regiondakı qruplaşmalardan heç biri üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru