İraqda hərbi vertolyot düşdü: 9 ölü

Maide.az xəbər verir ki, İraqın Vasıt rayonunda hərbi vertolyotun texniki qəza səbəbiylə qəzaya uğraması nəticəsində 2 pilotun, 7 zabitin öldüyü bildirilir.
 
Bu barədə "Anadolu" agentliyinə qəza haqqında danışan Vasıt rayon Məclis üzvü Muntezir En-Nımani yaralı əsgərlərin ətrafdakı xəstəxanalara aparılaraq müalicə altına alındığını bildirib.

Google+ WhatsApp ok.ru