İraqda iqtisadi böhrana həll yolu Səddamın saraylarında axtarılır

İraq hökumətinin neft qiymətlərində baş verən azalma, dövlət qurumlarındakı pozuntular və DAEŞ ilə müharibənin vurduğu iqtisadi böhrana həll üçün devrilmiş Səddam Hüseynin dövründə tikilən sarayları və dövlətə məxsus mülkləri satışa çıxarmaq üçün hərəkətə keçdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən İraq Məclisi Maliyyə Komitəsi üzvlərindən Məsud Heydər komitə tərəfindən dövlətə məxsus mülklər və Səddamın saraylarının satılması təklifinin hökumətə təqdim olunduğunu söyləyərk, "Hökumət hələ bu mövzudakı cəsarətli qərarı verməyib. Çünki bu mülklərin bir qismi siyasi şəxslərin nəzarətindədir. Bu mülk və sarayların satılması büdcəyə ciddi töhfə olar və kəsiri bağlayar" deyib.
 
Digər bir üzv Nəcibə Nəcib də İraqdakı iqtisadi böhranı "boğucu" adlandıraraq, "Dövlətin əlindəki seçimlərdən biri, dövlətə məxsus mülklərin satışa təqdim edilməsidir. İqtisadi və təhlükəsizlik cəhətdən böhranda olan ölkələrin bu cür yollara əl atması təbiidir" deyə danışıb.

Google+ WhatsApp ok.ru