İraqdakı İŞİD terrorçularına vertolyotlarla yardım atılıb

İraqda Diyalanın Miqdadiye bölgəsində İŞİD terrorçularına nəqliyyat vertolyotları tərəfindən yardım yükləri atıldığı açıqlanıb.
 
Maide.az "Kurdpress" xəbər agentliyinə istinadən bildirir ki, şahidlər İŞİD-ə 2 dəfə havadan yardım göstərildiyini görüblər.
 
Şahid, "İlk dəfə 9 sentyabr 2014-cü ildə, sonuncu dəfə isə 11 yanvar 2015-ci ildə üç nəqliyyat vertolyotunun Diyala vilayətinin şimalından İŞİD terrorçularına yardım atdığına şahid olduq" - deyib.
 
Həmçinin könüllü xalq qüvvələri ilə bölgə sakinləri də bir F-16 qırıcısının müşayiət etdiyi C-130 nəqliyyat təyyarəsindən silah və sursat olan böyük yüklər atıldığına şahid olublar. İŞİD çəkildikdən sonra bölgədə yardım yüklərini endirən paraşütlər aşkarlanıb.
 
İraqlı mənbələr də əvvəllər 5 ayrı bölgədə koalisiya qüvvələrinin İŞİD terrorçularının nəzarəti altındakı yerlərə yardım atıldığını açıqlamışdı.

Google+ WhatsApp ok.ru