İraqda İmam Hüseyn (ə) əzadarlarının mokibində partlayış, yaralananlar var

İraqda İmam Hüseyn (ə) əzadarlarının mokibində partlayış, yaralananlar var

İraqda İmam Hüseynə (ə) əzadarlıq edən Əhli-beyt (ə) ardıcıllarının mokibində partlayış baş verib, xəsarət alanlar var. 
 
Maide.Az xəbər verir ki, İraq mətbuatının məlumatına görə, partlayış ötən gecə Kərkuk əyalətinin  Əl-Qadisiyyə bölgəsində  baş verib. 
 
Partlayış nəticəsində 4 nəfərin yaralandığı  bildirilir.  
 
Hələlik heç bir qrup və ya şəxs bu terror hadisəsinin məsuliyyətini üzərinə götürməyib. 
 

Google+ WhatsApp ok.ru