İraqda terror aktlarında 23 mülki vətəndaş həlak olub

Maide.az-ın məlumatına görə, ötən gecə İraq paytaxtı Bağdadın müxtəlif bölgələri, o cümlədən əl-Hürriyyə, əl-Talibiyyə, Our və Cəmilədə bomba quraşdırılmış 5 avtomobilin partladılması nəticəsində 23 iraqlı həlak olub, ən azı 60 nəfər də yaralanıb. 
 
Partlayışlar ətraf yaşayış binaları, ticarət obyektləri və avtomobillərə çoxlu xəsarət vurub. 
 
Bağdadın müxtəlif bölgələrində terror aktları artmaqdadır.
 
İraq hökuməti ötən fevral ayında Bağdad komendant saatını 10 ildən sonra ləğv etmişdi.

Google+ WhatsApp ok.ru