İraqda terroristlər qan itirir

İraq ordu və xalq birliklərinin bir neçə gündür təşkil etdiyi birgə əməliyyatdan sonra Samirra və ətraf bölgələr tamamilə ordunun nəzarətinə keçib.
 
Maide.az xəbər verir ki, bu barədə Samirra komandiri general İmad əz-Zəhir keçirdiyi mətbuat konfransındakı açıqlamasında deyib.
 
İraq ordusu, Muktəda Sədrin rəhbərlik etdiyi qüvvələr də daxil olmaqla xalq birlikləriylə Ərbəindən əvvəl Samirranın cənubunu təmizləmək üçün başlatdığı geniş diametrli əməliyyatda çoxlu sayda İŞİD üzvü öldürülüb. Əməliyyat zamanı ordu əsgərləri arasında da dünyasını dəyişənlər var. 
 
Digər tərəfdən İraq maliyyə naziri Hoşyar Zəbari Mosulun İŞİD ünsürlərindən təmizlənməsi üçün də geri sayma başladığını açıqlayıb.
 
İraq mənbələri Mosulu İŞİD-dən geri almaq üçün ordu və təhlükəsizlik güclərinin geniş diametrli əməliyyat hazırlığı bildirilir.
 
Ölkənin müxtəlif bölgələrində ordu və xalq birlikləri qarşısında məğlubiyyətə uğrayan terrorçular Suriyaya doğru qaçmağa başlayıblar. Bu çərçivədə İŞİD-in yüksək çinli üzvlərinin bir çoxunun Mosuldan ayrıldığı bildirilir.

Google+ WhatsApp ok.ru