İraqda və Suriyada İŞİD-ə ağır zərbə vurulub 13 Aprel 2015 01:00 Dünya İraq və Suriyada terror təşkilatı İŞİD-ə qarşı mübarizә davam edir. Amerika Birləşmiş Ştatları liderliyindəki beynəlxalq koalisiyanın təyyarələri İŞİD mövqelәrinә istiqamətli Suriyada 8, İraqda 9 hücum hәyata keçiriblәr. Avia hücumlarda Suriyanın Haseki və Kobani şəhərləri, İraqda isə Beyce, Mosul və Fəlluca yaxınlarındakı İŞİD mövqelәri bombalanıb. Mәlumata görә Anbar vilayətinin paytaxtı Ramadidә isә İraq ordusu ilə İŞİD terrorçuları arasında sıx qarşıdurmalar yaşanır. Şəhərin şimalında bəzi bölgələrә nәzarәti ələ keçirən təşkilat, strateji әhәmiyyәtә sahib bir körpüyə də bomba yüklü avtomobillə hücum təşkil edib. İraq Baş naziri Heydər əl-İbadi də Anbara xeyli miqdarda silah və sursat göndərilməsi tәlimatını verib. Qeyd edәk ki, paytaxt Bağdad və yaxınlarında təşkil edilən bombalı hücumlarda 9 adam həyatını itirib. Teqlər : #İraqda və Suriyada İŞİDə ağır zərbə vurulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Navaz Şərif qanlı hücumu lәnәtlәyib ABŞ Rusiyaya nota verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO