İraqda zəlzələ baş verib

İraqda zəlzələ baş verib

-- Rixter cədvəli ilə 5,1 bal gücündə

İraqın mərkəzi hissəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yeraltı təkanlar Diyala əyalətində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
 
Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.
 
Qeyd olunur ki, bölgədə 3-3,8 bal arasında daha bir neçə təkan qeydə alınıb.
 

Google+ WhatsApp ok.ru