İraq HHM-i Səudiyyə təyyarələrini İraq səmasını tərk etməyə məcbur etdi

İraqın  hava hücumundan müdafiə bölmələri ölkənin hava zonasına daxil olan Ərəbistan təyyarələrini yolunu dəyişməyə məcbur edib. Bunu İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Hakim Zamili deyib. 
Maide.az xəbər verir ki, Hakim əl-Zamili deyib ki, Səudiyyə Ərəbistan qırıcıları Kərbəla vilayəti ilə sərhəddə əl-Nəxib bölgəsinin səmasında hava sərhədini pozub və İraqın hava hücumundan müdafiə qüvvələri onları bu ərazidən uzaqlaşmağa  məcbur edib. 
Hakim Zamili əlavə edib ki, bu təyyarələrin hansı ölkəyə məxsus olmaları hava müdafiəsi tərəfindən müəyyənləşib. 
Əl-Zamili deyib ki, İraq dövləti  Səudiyyə Ərəbistan və beynəlxalq koalisiyaya bu barədə etiraz notası verəcək. 
Bəzi məlumatlara görə, Səudiyyə rejiminin qırıcıları İraq ordusu və xalq qüvvələrinin mövqelərini bombardman ediblər./

Google+ WhatsApp ok.ru