İraq şiələri Trampın nümayəndəsinin səfərinə etiraz etdi

İraq şiələri Trampın nümayəndəsinin səfərinə etiraz etdi

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi "Brett Makqurk"un dünən "Beynəlxalq Anti-İŞİD Koalisiyası"nın tərkibində İraqın paytaxtı Bağdada səfər etməsi bu ölkədə yaşayan şiələrin qəzəblənməsinə və etirazına səbəb olub.
 
Maide.Az RT-ə istinadən xəbər verir ki, bundan başqa Hadi Amirinin rəhbərlik etdiyi "Fəth" koalisiyası və Nuri Malikinin rəhbərlik etdiyi "Qanun Dövləti" koalisiyası da ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Brett Makqurkun İraqa gəlməsinə etiraz edib.
 
İraqın prezidenti Fuad Məsum gələn həftə parlament iclasının çağırılmasını tələb etdib. Siyasi mənbələr də bunu əsas götürərək qeyd edirlər ki, Trampın nümayəndəsi bəzi siyasi koalisiyalara İraqda Amerikanın arzuladığı dövlətin qurulmasının sürətləndirilməsi barədə təzyiq edəcək.
 
Xəbər mənbələrinin verdiyi məlumata əsasən, İraqın bəzi nüfuzlu şəxsiyyətləri və siyasi partiyalar  ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Brett Makqurkun İraqa gəlməsinə etiraz olaraq onunla görüşməyəcək. 

Google+ WhatsApp ok.ru