İraqın 2016-ci il SOYQIRIMI – 16361 qurban

İraqın 2016-ci il SOYQIRIMI – 16361 qurban

2003-cü ildən İraqa hücumdan bəri 2016-ci il ən qanlı ili olub. Ötən il 16361 mülki vətəndaşın həyatına son qoyub.
 
FaktXeber.com-un verdiyi məlumata görə, “Vaşinqton post” Britaniyanın “İraq qurbanlarının sayının hesablanması” hesabatına istinadla məlumat yayıb.
 
Qanlı siyahıda ilk yerdə 7341 dinc sakinin həlak olduğu  Neynəva, ikinci yerdə isə 3714 qurbanla Bağdad durur.
 
Təşkilatın məlumatına görə, qurbanların 50 faizi  odlu silahdan həlak olub.
 
13 ildə bir terrordan ən böyük qurban iyul ayında Bağdadda qeydə alınıb. Bazarda intiharçının özünü partlaması nəticəsində 300 nəfər həyatını itirmişdi.
 

Google+ WhatsApp ok.ru