İraqın baş naziri Ramadiyə gedib

Iraqın baş naziri Haider al Abadi İŞİD terror qruplaşmasının işğalından  azad edilmiş Ramadi şəhərinə gedib.
 
Bu barədə dekabrın 29-da İraqın dövlət televiziyası məlumat verir.
 
Briqada komandiri Ahmed al Belavinin məlumatına görə, baş nazir təhlükəsialik və əyalət rəsmiləri ilə görüşüb.
Məlumata görə, Ramadinin küçələrində və evlərdə quraşdırılmış bomba və minaların təmizlənməsi işləri gedir. 
İraq ordsusu könüllü qüvvələrin yardımı ilə bazar ertəsi Ramadini İŞİD qruplaşmasından təmizləyib. 
İŞİD may ayından Ramadini işğal etmişdi. 
İraqın baş naziri bildirib ki, növbəti azad olunacaq şəhər Mosul şəhəridir. 
Mosul şəhəri 2014-cü ildən İŞİD-in işğalındadır. /
 
 

Google+ WhatsApp ok.ru