İraqın baş naziri Türkiyəni hədələdi

İraqın baş naziri Türkiyəni hədələdi

Biz Türkiyə ilə müharibə etmək ardınca deyilik, lakin əgər onlar müharibə istəyirlərsə biz buna hazırıq və torpaqlarımızı müdafiə edəcəyik.  Türkiyənin İraq torpaqlarına təcavüzü bu ölkənin dağılmasına səbəb olacaq.  Bu sözləri İraqın baş naziri Heydər Əl-İbadi keçirdiyi mətubat konfransında  deyib. 
 
Maide.Az “Əl-Məyadin” televiziyasına istinadən xəbər verir ki, Əl-İbadi Türkiyənin İraqın xalq könüllülər qüvvələrinin (Əl-Həşd Əl-Şəbi) Mosul ətrafında yerləşən  Tələfər şəhərinə yaxınlaşması ilə bağlı xəbərdarlığının cavabında bildirib ki, İraq hökuməti  digər ölkələrdən daha çox Tələfərin təhlükəsizliyi ilə bağlı narahatdır. 
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir neçə gün öncə  Tələfərin Türkiyə üçün önəmindən danışmış və demişdi ki, Əl-Həşd Əl-Şəbi qüvvələri bu şəhərdə yerləşərdirilərsə Türkiyənin “fərqli” cavabı ilə üzləşəcəklər. 
 
İraq baş naziri  bildirib ki,  İraqın gücü  milli birliyə söynəkir. “Biz  digər ölkələrin işinə müdaxilə etmirik və hər bir kəs tərəfindən edilən təcavüzlə mübarizə aparacayıq.”
 

Google+ WhatsApp ok.ru