İraqın baş naziri və parlamentin sədri Fəllucəyə gəldi

İraqın baş naziri Heydər Əl-İbadi və parlamentin sədri Səlim Cubəri Fəllucənin yaxınlığındakı Tariq hərbi bazasına gələrək, əməliyyatların necə getməsi barədə hərbi rəsmilərdən məlumat alıblar.

 

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İbadi görüşdə İraq qüvvələrinin İŞİD-ə qarşı

irəliləməsini təbrik edərək, İraq əsgərlərinin ölkənin müxtəlif ərazilərinin azad edilməsində göstərdiyi cəsarət və fədakarlığa təşəkkür edib.

İraqın baş naziri, Fəllucədə vətəndaşların təhlükəsizliyinin qorunması məsələsinə əhəmiyyət verilməli olduğunu bir daha vurğulayıb.

 

İraq parlamentinin sədri Səlim Cəburi də İraq qoşunlarına dəstək verərək, xalq və ordu qüvvələrinin səyi nəticəsində, İraqda geniş bir ərazinin İŞİD-in işğalından azad edildiyini bildirib. /

 

Google+ WhatsApp ok.ru