İraqın Dovr şəhəri İŞİD-in işğalından azad edildi

İraq ordusu Səlahəddin vilayətinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatının davamında Dovr şəhərini azad edib.
Maide.az İraq televiziyasına istinadən xəbər verir ki,  Dovr şəhəri hazırda tamamilə azad edilib və İŞİD terrorçuları şəhərdən qovulub.
Bu əməliyyat İraq ordusu Hava Qüvvələrinin, könüllü xalq qüvvələrinin  dəstəyi ilə həyata keçirilib.
Əməliyatda onlarla terrorçu məhv edilib. İraq ordusunun bu gün Bağdadın şimalında yerləşən əl-Ələm məntəqəsində həyata keçirdiyi əməliyyatlar zamanı da 17 terrorçu məhv edilib./

 

Google+ WhatsApp ok.ru