İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir-VIDEO- FOTO

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının IX toplantısı keçirilir-VIDEO- FOTO

İraqın paytaxtı Bağdad şəhərində İslam Oyanışı Ali Şurasının 9-cu sessiyası keçirilir. 22 müsəlman ölkəsindən nümayəndələrin qatıldığı Ali Şuranın görüşü oktyabrın 22 və 23-də keçiriləcək.

 

Maide.Az xəbər verir ki, iki günlük konfrans İslam Oyanışı Baş Assambleyasının baş katibi doktor Əli Vilayətinin nitqi ilə başlayıb.

 

İslam alimləri, ictimaiyyət nümayəndələri və İraq rəsmilərinin qatıldığı toplantının iştirakçılarının əksəriyyəti əhli-sünnə məzhəbindən olan nümayəndələrdir.

 

Konfrans Mosul şəhərinin İŞİD vandallarından təmizlənməsi əməliyyatlarının fonunda keçirilir. Konfransa İraq baş naziri Heydər Əl-Abadi, İraq Ali İslam Şurasının baş katibi Seyid Əmmar Həkim, İraq vitse-prezidenti Nuri əl-Maliki və digər qonaqlar qatılıb.

 

Qeyd edək ki, Ali Şuranın toplantısında Azərbaycandan da nümayəndələr, o cümlədən Hacı İlqar İbrahimoğlu, Hacı Sərdar Hacıhəsənli də iştirak edir.(deyerler.org)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru