İraqın sünni qəbilə başçıları ABŞ-a xəbərdarlıq etdi

Sünni qəbilələrin rəhbərləri ABŞ hökumətinə xəbərdarlıq edib
İslamazeri.az-ın “aljazeera”-yə istinadən verdiyi xəbərə görə, İraqın sünni qəbilə başçıları ABŞ hökumətinə xəbərdarlıq edib.
Sünni qəbilə başçıları ABŞ senatoru Con Mak Keynlə görüşü zamanı  bəyan ediblər ki, əgər ABŞ Ənbar, Səlahəddin və Diyalə vilayətlərindəki vəziyyətə müdaxilə etməsə, qəbilə başçıları regionda digər qüvvə olan İrana hərbi yardım üçün müraciət edəcəklər.
Qəbilə başçıları bildiriblər ki, onlar hətta İran tərəfi ilə görüşüblər.  İran tərəfi təmənnasız olaraq silah, maddi vəsait və lazım gələrsə, canlı qüvvə ilə belə kömək edəcəklərini açıqlayıblar. /
 

Google+ WhatsApp ok.ru