İraqın yeni baş naziri: `Mərcəiyyət çətin anlarda bizim yol göstərənimiz olacaq`

İraq hökümətinin yeni tərkibini qurmaqda vəzifələndirilən İraqın yeni baş naziri Heydər əl-İbadi ilk açıqlamalarını verib

İraq mediasının verdiyi xəbərə görə, Heydər əl-İbadi ilk öncə İraqın böyük İslam alimləri və nüfuzlu mərcəiyyətlərilə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, "Dini mərcəiyyət bütün şərtlərdə İraqı və bütün siyası qrupları dəstəklədiyini isbat etmişdir və mərcəiyyət hər bir çətin anlarda bizim yol göstərən işiqımız olacaqdır."

İraqdakı anti-terror əməliyyatlarını dəstəklədiyini bildirən yeni baş nazir, terrora qarşı mübarizənin davam edəcəyini, İraqın ərazi bütövlüyü və suverenliyi bütün məsələlərdən önə salınacağını bildirib.

Sabiq baş nazir Nuri əl-Malikinin terrorla mübarizədə göstədiyi uğurları da təqdirə layiq adlandıran Heydər əl-İbadi, onu özünün ən böyük tərəfdaşlarında biri olduğunu qeyd edib.

Yeni baş nazir, bölgə ölkələrinə də səslənərək İraq hökümətinin anti-terror əməliyyatlarına dəstək verməyə çağırıb.

Onu da xatırladaq ki, Heydər əl-İbadi yeni kabinetin təşkili üçün 1 ay möhlət istəyib.islamazeri.az /

 

Google+ WhatsApp ok.ru