İraq ordusu 3 istiqamətdən Fəllucə şəhərinə daxil olub

İraq Ordu Qüvvələri  Anbar əyalətindəki Fəllucə şəhərini geri almaq məqsədi ilə terrorçuların müdafiə xəttini qıraraq bu şəhərə daxil olub. 
 
Maide.Az xəbər verir ki,  İraqlı komandirlər elanedib ki, bu gün səhər  Fəllucə şəhərinin azad olunması məqəsdi ilə keçirilən əməliyyatın ikinci mərhələsində  ordu qüvvələri 3 istiqamətdən  Fəllucə şəhərinə girib.   
 
Məlumata görə,  Fəllucənin qərbində Əl-Nieymiye bölgəsində  partlayış və atışma səsləri eşidilir.  Fəllucə şəhərinin mühasirəsinin qırılmasına dair əməliyyat ötən həftə  İraqın baş naziri Heydər Əl-İbadinin göstərişi iləbaşlayıb.  Əməliyyat müxtəlif istiqamətlərdən aparılır  və Fəllucənin şərq və cənub bölgəsində ordu qüvvələri  xeyli bölgələri azad ediblər.
 
Əməliyyatda İraq ordusu, federal polis,  könüllülər və  qəbilələrdən  22 min nəfər iştirak edir.   Deyilənə görə, Fəllucə  şəhərində İŞİD-in min üzvi qalıb.   Fəllucə şəhəri  Bağdadın 50 kilometr qərbində  Anbar əyalətində yerləşir.  Bu şəhər 2014-cü  ildən İŞİD-in işğalındadır.  Fəllucənin 300 min əhalisi var  idi və hazırda bu şəhərdə 50 min nəfər dinc sakinin olduğu bildirilir. 
 
 
 

Google+ WhatsApp ok.ru