İraq ordusu Mosulun qərbinin 90 faizini işğaldan azad etdi

İraq ordusu Mosulun qərbinin 90 faizini işğaldan azad etdi

İraq qoşunları mayın 13-də Mosulun​ qərbində yerləşən Havi Əl-Kənisə bölgəsini terrorçuların işğalından tamamilə azad etməyə nail olub.
 
İraqın Neynəva əməliyyatı komandiri general-polkovnik Əbdüləmir Rəşid Yarallah bu barədə mətbuata açıqlamasında məlumat verib.
 
"İraqın ordu qüvvələrinin bu bölgədə Dəclə çayına qədər irəliləyib və terrorçuları hər tərəfdən mühasirəyə alıblar. Bununla da Mosulun təxminən 90%-i işğaldan azad edilmiş oldu", - deyə general-polkovnik Yarallah bildirib.
 
İraqın​ təhlükəsizlik qüvvələrinin​ komandirlərindən Maan Səədi də verdiyi açıqlamasında, terrorçu qruplaşmanın lideri Əbu Bəkr Əl-Bağdadinin naməlum bir məntəqəyə qaçdığını xəbər verib.
 
İraqın Federal Təhlükəsizlik İdarəsinin komandiri Şakir Cövdət isə, İraqın polis qüvvələrinin Mosulun qərbində keçirdiyi əməliyyatda xeyli sayda terrorçunun zərərsizləşdirildiyini, bəzilərinin canlı bomba olduğunu söyləyib. Cövdət terrorçuların üzərindəki bombalarla İraq qoşunlarının irəliləyişinin qarşısını almağa çalışdığını deyib.
 
O, İraq qüvvələrinin Əl-Harmat bölgəsində keçirdiyi əməliyyat nəticəsində, 40-dan artıq bomba yerləşdirilmiş maşının məhv edildiyini və yüzlərlə terorçunun da zərərsizləşdirildiyini qeyd edib. (deyerler) /
 

Google+ WhatsApp ok.ru