İraq ordusunun iki generalı öldürülüb 27 Avqust 2015 01:00 Dünya Bağdadın qərbində yerləşən Ramadi şəhəri yaxınlığında intiharçı-terrorçunun törətdiyi terror aktı nəticəsində İraq ordusunun iki generalı öldürülüb. Maide.az "TASS"a istinadən xəbər verir ki, bu haqda İraq polisi məlumat yayıb. Terrorçu içərisində partlayıcı olan maşını Ramadi yaxınlığında orduya məxsus avtomobil karvanına çırpıb. Qeyd edək ki, Ramadi Anbar əyalətinin mərkəzi şəhəridir. Bu bölgədə İraq ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir. İntiharçı-terrorçunun da İŞİD üzvü olduğu bildirilib. Teqlər : #İraq ordusunun iki generalı öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya İrana nüvə yanacağı göndərəcək PKK-çılar Azərbaycanla sərhəddə polisləri güllələdilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO