İraq ordusu Ratba rayonunda nəzarəti yenidən bərpa etdi

İraq ordusu Ratba rayonunda nəzarəti yenidən bərpa etdi

İraq ordusu Ənbar vilayətindəki İŞİD-ə qarşı keçirdiyi əməliyyatlar çərçivəsində, Ratba rayonunda nəzarəti yenidən təmin etməyə nail olub.
 
Deyerler.org xəbər verir ki, Ənbar şəhər şurasının təhlükəsizlik komitəsinin üzvü Raci İsavi Anadolu-ya açıqlamasında, İŞİD tərəfindən iki gün əvvəl hücuma məruz qalan Ratba rayonunda nəzarətin bərpa olunduğunu deyib.
 
Raci İŞİD-in bölgəyə iki gün əvvəl üç istiqamətdən hücum etdiyini, ordu qüvvələrinin də geri çəkildiyini xatırladıb. O, İraq ordusunun Cəzirə əməliyyatları qüvvələrinin tabeliyindəki 7 və 8-ci briqadaların Ratbaya əlavə qüvvə kimi, göndərildiyini qeyd edib.
 
Digər tərəfdən, İraqın Müdafiə Nazirliyinin hərbi informasiya mərkəzindən verilən açıqlamada, Ratbada nəzarətin bərqərar olduğu təsdiqlənib.
 
Ənbarın qubernatoru Suheyb Ər-Ravi də açıqlamasında, rayonunun azad edildiyini, icra hakimiyyəti və rayon məsclisinin binasına İraq bayrağının yenidən asıldığını bildirib.
 
 

Google+ WhatsApp ok.ru