İraq parlamentinin spikeri Ərəbistana gedir

Maide.az-ın məlumatına görə, İraq parlamentinin millət vəkillərindən olan Huneyn əl-Kuduv açıqlamasında bildirib ki, İraq Məclisinin başçısı Səlim Cuburi yaxın günlərdə Ərəbistana rəsmi səfərə gedəcək.
 
İraq Məclisinin mətbuat katibi İmad Yuhenna da yaxın zamanda belə bir ziyarətin gözlənildiyini söyləyib və belə deyib: "Bu ziyarət Riyad rəhbərliyinin rəsmi dəvəti ilə olacaq. Ziyarətin məqsədi iki ölkə arasındakı əlaqələri gücləndirmək və Bağdadda Ərəbistan səfirliyinin açılması üçün lazımlı şəraiti yaratmaqdır."
 
Ərəbistan xarici işlər naziri Səud Feysəl ötən həftə İraq preidenti Fuad Məhsumla keçirdiyi görüşdə yaxın zamanda Bağdadda Ərəbistan səfirliyinin açılacağı fikrini səsləndirmişdi.

Google+ WhatsApp ok.ru