İraq qüvvələri Mosul şəhərinə doğru irəliləyir

İraq qüvvələri Mosul şəhərinə doğru irəliləyir

İraq qüvvələri öz əməliyyatının sonunda Fəllucə şəhərini İŞİD-dən tam azad edə bildi. Fəllucənin azad olunması əməliyyatının komandanı hərbi əməliyyatın başa çatdığını bildirib.

Xalq səfərbər qüvvələri komandanları da bu böyük qələbəyə işarə ediblər. Fəllucədə hərbi əməliyyatın sona çatması elan olunduqdan sonra bu şəhərdə hərbi qüvvələr şənlik keçirməyə başlayıblar.

İraqın Bədr Təşkilatının baş katibi Hadi əl-Amiri xalq səfərbər qüvvələrinin Fəllucənin azad olunması əməliyyatında iştirak etdiyini söyləyib.

Hadi əl-Amiri deyib: Xalq səfərbər qüvvələri rəsmi qüvvələrdir və bu ölkə baş nazirinə bağlıdır və İraqın hər bir şəhərinin azad olunması əməliyyatında iştirak etmək haqqı vardır. İraq bölgələrinin azad olunmasında heç bir tərəf bizim iştirakımıza mane ola bilməz. Biz Fəllucə ilə kifayətlənməyəcəyik, istəsələr də, istəməsələr də, Mosulun azad olunması əməliyyatında iştirak edəcəyik.

İraq qüvvələri Mosul şəhərinə doğru irəliləyişi davam etdirir və beynəlxalq şose yolunda önəmli məkanlara nəzarəti bərpa ediblər. Bu şose yolu Neynəva vilayətini Səlahəddin vilayətinə birləşdirir. İraq qüvvələri bölgədə əsas əlaqə məkanlarından olan əl-Şərqat-Mosul-Tikrit birləşmə nöqtəsinə nəzarəti ələ keçiriblər. /

Google+ WhatsApp ok.ru