Rauf Mirqədirova dəstək üçün imzatoplama aksiyası başlayıb

avaaz.org saytında “Rauf Mirqədirovu azad etməyə çağırırıq!” müraciəti ilə bağlı imzatoplama aksiyası başlayıb.  

secure.avaaz.org/en/petition/Rauf_Mirqdirovu_azad_etmy_cagiririq_Rauf_Mirqdirovun_tezlikl_azadliga_cixmasini_istyirik/?edRLTjb

Uydurma faktla dövlətə xəyanətdə ittiham olunan tanınmış jurnalist Rauf Mirqədirova dəstək aksiyasına Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi tərəfindən təşəbbüs göstərilib.

R.Mirqədirova qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. O, Sülh və Demokratiya İnstitutunun Ermənistanın vətəndaş cəmiyyəti institutları ilə birgə layihələrində iştirakda və həmin tədbirlər çərçivəsində dövlət sirri hesab edilən məlumatların ötürülməsində ittiham olunur.

“Bu işdə məxfiliyi qorunan, xüsusi əhəmiyyətli dövlət  sirri sayılan məlumat yoxdur. Cinayət işi uydurma ittihama əsaslanır. Qapalı prosesdə məqsəd ittiham tərəfinin və bəzi MTN əməkdaşlarının Azərbaycanın maraqlarına  qarşı fəaliyyətinin gizlədilməsidir”, - R.Mirqdirovun maraqlarını müdafiə edən vəkil Fuad Ağayev bildirib. /

Google+ WhatsApp ok.ru