Rayonlardan Bakıya maşınlarla manat daşınır

«Ölkədə manata inamsızlıq pik həddə çatdı; Devalvasiyanın 9-cu günü çörək bahalaşdı».
 
Bu haqda «Azadlıq» qəzeti yazır. 
 
Bank sektorundan adının açıqlanmasını istəməyən mənbə qəzetə deyib ki, bu dəqiqə ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlarla Bakıya daşınmasıdır: «Banklar valyutadəyişmə məntəqələrini və filiallarını dollar ilə təmin etməkdə çətinlik çəkirlər».
 
Qəzet yazır ki, bir çox banklar, əmanətçilərin pullarını qaytarmır:
 
«Xarici valyutada olan əmanətlər sahiblərinə hissə-hissə geri ödənilir. Bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə, dollar az olduğundan tez qurtarır. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir»./

Google+ WhatsApp ok.ru