Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı dəyişir 30 Sentyabr 2015 01:00 Ölkə Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı oktyabrın 1-dən dəyişəcək. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər. Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq./ Teqlər : #Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıt sakinləri etiraz aksiyası keçirdi Bakının ən böyük ticarət mərkəzi qapadılır