Sumqayıt sakinləri etiraz aksiyası keçirdi

Sumqayıtda narazılıq yaranıb. Kənd təsərrüfatı məhsulları yarmarkasında çalışanlar icra hakimiyyətinə doğru yürüş ediblər. Şəhərin Heydər Əliyev prospektində toplanıb İcra hakimiyyətinin binasına doğru irəliləmək istəyənlərin qarşısını polis kəsib.
Şəhər polisi əraziyə cəlb olunub. Narazılar yarmarkanın bağlanmasına və münasib yer ayrılmamasına etiraz edirlər.Sumqayıt şəhər İcra Hakimiyyətində isə nə baş verdiyindən xəbərsizdirlər. Oradan bildirdilər ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.  mia.az /
 

Google+ WhatsApp ok.ru