Rejimin baş nazirinin xanımı polisdə 4 saat dindirildi

İsrail rejiminin baş naziri Binyamin Netanyahunun xanımı Sara Netanyahu yenidən polisə çağırılıb. Maide.az xəbər verir ki, o, bundan əvvəl də 2015-ci il dekabrın 31-də polis şöbəsində 5 saat ifadə vermişdi. Budəfəki sorğu-sual isə 4 saat çəkib.
 
Yerli polis idarəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinə çağırılan Sara Netanyahu hökumət administrasiyasının idarə edilməsində qanuni fəaliyyəti olan siyasətçilərə münasibətdə etik normaları və qaydaları pozmaqda ittiham edilir. 

Google+ WhatsApp ok.ru