Şri-Lanka hakimiyyəti kütləvi anti-müsəlman hərəkətlərin səbəblərini öyrənir 13 Mart 2018 02:00 Dünya -- İğtişaşlarda 11 məscidə ziyan dəyib Ölkənin mərkəzi rayonlarında müsəlmanlara qarşı baş qaldırmış protestlərin səbəblərinin müəyyənləşdirilməsi işinə başlanmışdır. Maide.Az "İslam.ru"-a istinadən xəbər verir ki, bu haqda Şri-Lankanın prezidenti Maytripala Sirisena bəyanat verib. Qeyd edək ki, Şri-Lankada ekstremizm tərəfdarı buddistlər müsəlmanlara hücumlar təşkil edib. İğtişaşlarda 3 nəfər həlak olub və 20 nəfər xəsarət alıb. Həmçinin 11 məscidə ziyan dəymiş, müsəlmanlara məxsus olan 200-dən çox yaşayış binası və ticarət obyektləri dağıdılıb. Xatırladaq ki, işgəncələrə məruz qalan müsəlmanların daha çox yaşadığı Kandi bölgəsində küçəyə çıxmaq qadağası qüvvəyə minmişdi. Ölkənin polis orqanlarının verdiyi məlumata əsasən, vəziyyət nəzarət altına alınmış, komendant saatı isə şənbə günü səhər vaxtı ləğv edilib. 21,5 milyon əhalisi olan Şri-Lankanın 9 faizini müsəlmanlar, 75 faizini isə buddist sinhalalar təşkil edir. Teqlər : #ŞriLanka hakimiyyəti kütləvi antimüsəlman hərəkətlərin səbəblərini öyrənir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanmada müsəlmanlara qarşı vəhşiliyin mənzərəsi Tillerson işdən çıxarıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO