Rifah sərhəd qapısı yenidən bağlandı

Misir yenidən Rifah sərhəd qapısını bağlayıb.
 
Maide.az-ın məlumatına görə, bu barədə Misirli bir təhlükəsizlik səlahiyyətlisi bildirib. 
 
Misirin "Əl Yəvm Əl Sabi" saytının xəbərinə görə, sözügedən təhlükəsizlik səlahiyyətlisi Rifah sərhəd qapısının bağlanma qərarının Sina çölündə bu ölkə ordusundan olan 13 əsgərin naməlum şəxslərin hücumu nəticəsində öldürülmələri ilə əlaqədar olduğunu deyib.

Google+ WhatsApp ok.ru