Şri Lankada fəlakət: 250 nəfər itkin düşüb 30 Oktyabr 2014 02:00 Hadisə Şri Lankanın Kolombo şəhərində mövsüm yağışları nəticəsində yaranmış torpaq sürüşməsində 100 nəfər həlak olub, 250 nəfərdən çox insan isə itkin düşüb. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, baş vermiş torpaq sürüşməsindən sonra açıqlama verən Fövqəladə Hallar Nazirliyinin sözçüsü Pradip Kodippili axtarış xilasetmə dəstələrinin itkin düşmüş insanların axtarışına başladığını qeyd edib. "Xilasetmə işləri davam etdirilir, indiyədək 100 nəfərin cəsədinə tapmışıq. 250-dən çox adam isə itkin düşmüş sayılır. Badulla regionunda da 140-a qədər ev torpaq altında qalıb", - deyə Pradip bildirib. Torpaq sürüşməsi səbəbi ilə 10 ticarət mərkəzinin və 3 dövlət idarəsinin zərər gördüyü bildirilir. / Teqlər : #Şri Lankada fəlakət: 250 nəfər itkin düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə mədəndə xilasetmə işləri davam etdirilir Bakıda yeni ölüm xofu