Robotlar bəşəriyyət üçün təhlükə mənbəyidir 04 Mart 2017 02:00 Maraq dünyası Məişət və istehsalda istifadə edilən robotlar "Əşyalar interneti" qurğuları kimi eyni təhlükəsizlik problemlərinə malikdirlər. “IOActive” şirkətinin ekspertləri müxtəlif istehsalçıların məişət və sənaye robotlarında istifadə edilən mobil proqramlar, əməliyyat sistemləri, başqa proqram təminatının təhlili əsasında bu qənaətə gəliblər. Ekspertlərin sözlərinə görə, robot “əlləri”, “ayaqları”, təkərləri olan və hərəkət etmək qabiliyyətinə malik “əşyalar interneti” qurğusudur. Haker müdaxiləsi nəticəsində robot çox böyük təhlükəyə çevrilə bilər. "Robot və insan arasında qarşılıqlı əlaqə üsulları inkişaf etdikcə yeni hücum ssenariləri meydana çıxır" – “IOActive” şirkətinin ekspertləri Sezar Kerrudo və Lukas Apa deyib. Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, ekspertlər tədqiqat çərçivəsində “SoftBank Robotics” şirkətinin istehsalı olan “NAO” və “Rethink Robotics”, “UBTECH Robotics” şirkətindən “Alpha 1S” və “Alpha 2”, “ROBOTIS”-dən “ROBOTIS OP2” və “THORMANG3”, “Universal Robots”dan “UR3”, “UR5” və “UR10” robotlarına qurulmuş proqram təminatını təhlil edib. Məlum olub ki, robotların əksəriyyətində qoşulma təhlükəsiz deyil. Bundan başqa, bir çox modellərin autentifikasiyası ilə bağlı problemləri mövcuddur və avtorizasiya mexanizmləri yoxdur. Bır sıra robotlarda haker hücumlarına dayanıqsız açıq mənbə kodlu kitabxanalar və zəif şifrləmə metodlarından istifadə olunur (bəzi robotlarda şifrləmə ümumiyyətlə yoxdur). Başlanğıc ayar konfiqurasiyaları təhlükəsiz deyil və məlumat itkisinə səbəb ola bilər. Müxtəlif komponentlər arasında qoşulma yaxşı qorunmadığına görə hakerlər "ortada insan" hücumunu həyata keçirərək robotlara əmrlər verə bilər. / Teqlər : #Robotlar bəşəriyyət üçün təhlükə mənbəyidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vatsapda az adamın bildiyi 10 opsiya - FOTO Bu heyvan haqqında bilmədiyiniz