Vatsapda az adamın bildiyi 10 opsiya - FOTO

Vatsapda az adamın bildiyi 10 opsiya - FOTO

Artıq mesencxerlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusən də Vatsap. Bəs görəsən bu mesencer barədə hər şeyimi bilirik?
 
Bu gün FaktXeber.com məşhur mesencerin çox sadə, faydalı və maraqlı 10 opsiyaları barədə məlumat verəcək. 
 
 
Nə vaxt onlayn olduğunuzu başqalarından gizlədin
 
İstəyirsiniz ki, hər zaman "təəssüf ki, mən sənin ismarıcını görməmişəm" deyə biləsiniz? Ancaq bununla belə, bütün göndərilərdən də məlumatlı olmaq istəyirsiniz? Bunun üçün sadəcə "Gizlilik" bölməsini kökləmək lazımdır:
 
 
Vatsap-ın "Ayarlar" bölməsinə girib, "Gizlilik" seçin. Bundan sonra sizin "son görülməni"zdən kimlərin məlumatlı olmasını özünüz seçin: Hamı, seçdiyim adamlar, ya da heç kim.
 
 
Smartfonun yaddaşını qoruyun
Aldığınız bütün  foto və videofaylların  avtonom vəziyyətdə qurğunuzda saxlanılır? Əgər belə olmasını istəmirsinizsə "Ayarlar" -  "Data istifadəsi" – "şəbəkə istifadəsi"- medianı avtoyükləmə" girin.
Bundan sonra artıq  fayllar  telefonunuzu zibilləməyəcək.
 
 
Kompyuterdə Vatsap
Çox sadə  və rahat  veb-versiya web.whatsapp.com saytında reallaşdırılıb. Heç bir quraşdırma və qeydiyyat tələb olunmur. 
 
Sadəcə web.whatsapp.com saytını açın, sonra smartfonunuzda Vatsap Ayarları-na girin, WhatsApp/Web-ə daxil olun, “+” vurun və smartfonun kamerası ilə kompyuterin ekranında görünən QR kodu skan eləyin.
 
 
Mesencerin bütün interfeysi dərhal komyuterinizin ekranında görünəcək.
 
Proqram istifadə edilərkən, telefonunuz Wi-Fi şəbəkəsindən ayrılmamalıdır.
 
 
Yazışmaları poçtanıza göndərin
Söhbəti kiməsə göstərmək, yaxud sadəcə saxlamaq istəyirsiniz? Hər şey çox sadədir.
iOS: lazım olan çatda  kontaktın adına toxunun, aşağı gəlin və "Söhbətin ixracı" menyusunu seçin. Bütün yazışmaları, yaxud sadəcə mətni göndərmək mümkündür. Bundan sonra  söhbəti məhz hara kopyalamaq imstədiyinizə baxın (poçt, yaxud mesencerə).
Android:  1) Söhbəti seç. Sonra aşağı sol düymə - menyu - poçtla göndərmə 2) Söhbət - yuxarı menyu - daha çox - poçtla göndərmə
 
Ancaq seçilən  kontaktlar üçün  individual  xəbərdarlıq
Konkret kontaktın menyusuna daxil olanda maraqlı çox şey üzə çıxır. Söhbətdə olarkən, müsahibinizin adına toxunun. Kontaktlar menyusuna daxil olacaqsınız. Burda, məsələn, digərlərindən fərqlənən xəbərdarlıq zəngi quraşdıra, yaxud da əksinə, müəyyən vaxt bu adamın sizi narahat etməməsinə nail ola bilərsiniz. 
 
Ana ekranda kontakt
Funksiya, ancaq android qurğular üçün keçərlidir. Seçdiyiniz çatda menyuya girin və «Qısa yol əlavə et» bəndini seçin.
 
Seçilmiş ismarıclar
Kontaktın hansısa ismarıcını saxlamaq istəyirsiniz ki, sonra , məsələn ünvan, yaxud başqa qiymətli informasiyanı tez tapasınız?  Lazımi ismarıcı basılı tutun. Mini menyu yaranacaq, ulduza vurun.
 
Sonra  bu ismarıcı necə tapmaq olar?
 
iOS üçün:
- Hamısı sıra ilə ümumi ayarlarda saxlanılır
Konkret  kontaktda – onun profilində (adının üstündən vur, onun səhifəsində seçilmiş ismarıclar)
Android üçün: Söhbətlər – Menyu – Seçilmiş  ismarıclar.
 
Olduğunuz yeri göndərmək
 
Olduğunuz yeri tez və dəqiq göstərmək istəyirsiniz? Yuxarıda sağda skripka işarəsinin  üstündən vurun  və məkanı seçin
 
Çatdırılma və oxunma barədə informasiya
İsmarıcın nə vaxt çatdığını və nə vaxt oxunduğunu  bilmək üçün, sadəcə ismarıcın  üstündə sağdan sola sürüşdürün (ancaq iOS-lar üçün)
 
Vasvasılar üçün tam təhlükəsizlik
Telefonunuza və Vatsap-ın özünə kod qoymusunuz. Ancaq bununla belə, yazışmalarınızı kimlərinsə görəcəyindən narahatsınız? Bunun üçün "Vatsapp qalası", yaxud  "Passcode for WhatsApp" tətbiqindən istifadə edin.

Google+ WhatsApp ok.ru