Robotlar doğum evlərində baş tibb bacılarını əvəz edəcək

Robotlar doğum evlərində baş tibb bacılarını əvəz edəcək

Populyar NAO robotları doğum evlərində baş tibb bacılarını əvəz edəcək.
 
CNN-ə istinadən verilən xəbərə görə, təlimdən sonra onlar kiçik personalı və iş proseslərini idarə edə biləcək.
 
Bildirilir ki, mütəxəssislər 90% hallarda robotların qəbul etdiyi qərarlarla razılaşırlar. Artıq robotlar xəstələrə cədvələ uyğun olaraq dərman verirlər. Bundan başqa, robotlar baş tibb bacısı olaraq personal arasında iş bölgüsü aparmağı, xəstələri palataya yerləşdirməyi və həkimləri əməliyyata göndərməyi də öyrəniblər.
 
Təlimdən sonra robotlar ABŞ klinikalarından birində istifadə olunublar. Gələcəkdə digər tibb müəssisələrində də onlardan istifadə olunacaq. (lent.az) //

Google+ WhatsApp ok.ru