Roma Papası Francisin Bakıya səfəri başlayıb

Roma Papası Francisin Bakıya səfəri başlayıb

Oktyabrın 2-də Roma Papası Francis Tbilisidən Bakıya gəlib. H.Əliyev adına hava limanında onu baş nazirin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslər qarşılayıb.
Son məlumata görə, Katolik kilsəsində Roma papası Francisin iştirakı ilə dua mərasimi başlayıb. Mərasimdə Azərbaycandakı xristian icmaların nümayəndələri iştirak edir.
Katolik kilsəsindəki nahardan sonra prezident İlham Əliyevlə təkbətək görüşəcək. Daha sonra Şəhidlər Xiyabanında olacaq.
 
Heydər Əliyev Mərkəzində hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşəcək.
 
O, Allahşüküh Paşazadə ilə fərdi görüşdən sonra digər dini icmaların nümayəndələri ilə də görüşəcək. Axşam saat 7-də Papa Bakını tərk edəcək.
 
Roma Papasının Azərbaycana səfəri «Hamımız qardaşıq» şüarı altında həyata keçirilir.
 
Roma Papası İİ İohan Pavel ilk dəfə Bakıda 2002-ci ildə olub. (azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru