Roma Papası ilk dəfə olaraq ABŞ-a gedir

Roma Papası Fransisk gələn il ABŞ-a gedəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Bu, Fransiskin Roma katolik kilsəsinin başçısı kimi ABŞ-a ilk səfəri olacaq.

Fransısk bildirib ki, növbəti ilin sentyabrında Filadelfiyaya katolik kilsəsi tərəfindən təşkil edilən ailələrin Ümumdünya konqresinə (World Meeting of Families) yola düşəcək.

Gözlənildiyi kimi, səfər çərçivəsində Papa həmçinin Vaşinqtonda Ağ evə və Konqresə, Nyu-Yorkda BMT-nin qərargahına baş çəkəcək.

Filadelfiyada katolik kilsəsinin nümayəndələri gözləyirlər ki, şəhərdə Papanın qarşılanmasına milyondan çox adam gələcək. /

 

Google+ WhatsApp ok.ru