Ronaldodan fələstinli uşaqlara Ramazan hədiyyəsi

Maide.az-ın məlumatına görə, Fələstində baş verənlərə Kriştiano Ronaldo da səssiz qalmayıb. Portuqaliyalı ulduz futbolçu fələstinli uşaqlara Ramazan ayı münasibətilə 2 milyon dollar yardım edib.

Daha əvvəl həm meydançada, həm də meydandan kənarda bu məsələyə həssaslıq göstərən futbolçu son addımı ilə bütün müsəlmanların rəğbətini qazanıb. 

Qeyd edək ki, futbolçu bundan əvvəl də fələstinlilər və digər müharibədən əziyyət çəkən insanlar üçün belə yardımlar edib.

Google+ WhatsApp ok.ru