Ruhani: Araz çayı iki ölkə arasında dostluq sərhədidir

`Azərbaycan və İran xalqı arasında ayrılıq yaradacaq sərhədləri qəbul etmirəm`

Azərbaycan prezidenti İlham Əliyev İrana qarşı tətbiq olunan sanksiyaların ləğvini yaxşı hal adlandırıb, bu münasibətlə İran xalqını təbrik edib.
 
Maide.az xəbər verir ki, Azərbaycanla İran arasında əməkdaşlıq sənədlərinin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında İlham Əliyev ölkəsinin hər zaman İrana tətbiq olunan sanksiyalara qarşı olduğunu söyləyib.
 
Bu gün səhər Tehrana səfərə gəlmiş Əliyev İran prezidenti ilə birgə keçirilən mətbuat konfransında deyib ki, “mən nüvə sazişinin imzalanması və İrana qarşı tətbiq olunmuş sanksiyaların ləğvi münasibətilə prezidenti və xalqı təbrik edirəm”.
 
Azərbaycan prezidenti iki ölkənin əsrlər boyunca yanaşı yaşadığını, onları bir-birinə bağlayan müştərək dinin, tarixin, mədəniyyətin olduğunu söyləyib. O, münasibətlərin, əməkdaşlığın bu oxşarlıqların əsasında formalaşdığını, münasibətlərin strateji əhəmiyyət daşıdığını, bu səbəbdən də Bakı ilə Tehranın beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini deyib. “Biz bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”, - deyə İlham Əliyev bildirib.
 
Azərbaycan prezidenti Suriya münaqişəsi haqda da dahışıb: “Ötən gün Rusiya və ABŞ Suriyada atəşkəs haqqında razılığa gəldiklərini bildiriblər. Bu, bizi sevindirir. Biz həmişə demişik ki, hər şeydən öncə Suriyada atəşkəs olmalıdır və yalnız bundan sonra Suriya xalqı öz gələcəyi haqda qərar qəbul etməlidir”.
 
Azərbaycanla İran arasında imzalanmış sənədlər haqda da danışan prezidentin sözlərinə görə, bu gün imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək, onların yolunu aydınlaşdıracaq: “Bu sənədlərin mahiyyəti məlumdur, sənədlərindən bəzisi ikitərəfli, bəzisi regional və beynəlxalq məsələlər haqqdadır”.
 
“Xəzər dənizi bizim hamımızındır və bizim birləşməmizə səbəb olur”, - deyə Azərbaycan prezidenti bildirib.
 
Mətbuat konfransında prezident Həsən Ruhani  deyib ki,  İran və Azərbaycan xalqları daha çox inkişafa layiqdir. “İran və Azərbaycan xalqı iki bədəndə bir ruhdur. Bizi  müştərək tarix, məzhəb və din, mədəniyyət birləşdirir. İki xalq arasında əlaqələrin inkişafı üçün əsas baza  mövcuddur və bu möhkəm bazadaniki xalqın mənafei naminə istifadə etməliyik”

O, deyib ki, heç şübhəsiz iki hökumət arasında  əlaqələrin yaxın olması hər iki ölkənin xalqları və dövləti üçün daha çox mənfət qazandıracaq.  “iki ölkənin iqtisadiyyatı bir –birini tamamlayan və bir-birinin yanında ola bilər. Ona görə, gərək elə edək ki, hər iki ölkənin tacirləri və iş adamları  bir-birlərinə daha yaxın olsunlar”.

Prezident  Ruhani deyib ki, İran və Azərbaycan enerji, ticarət, rabitə, elm və texnologiya və mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş potensiala  sahibdir və bu gün hər iki ölkənin hökumətlrəi bu potensialları aktivləşdirmək üçün ciddi iradə ortaya qoyub.

H.Ruhani  deyib ki,  Azərbaycan  və İran coğrafi mövqeyinə görə bir-biri üçün körpü ola bilər və Oman , Fars Körfəzi və Qara dənizinə kimi  dəhliz ola bilərlər.

O deyib ki, Xəzər dənizi  sülh, dostluq dənizidir və əsrlər boyu bu dənizin ətrafındakı xalqlar birgə yaşayıblar və bu gün dənizin potensialından xalqlar bəhrələnməlidir.  “İki ölkə arasında turzimin inkişafı  hər iki ölkənin iqtisadiyyatının xeyrinədir.  Mədəniyyət, təhlükəsizlik və sabitliyin təmini  üçün vasitə hesab olunur və biz bu sahədə əməkdaşlığın inkişafını dəstəkləyirik”.

Ruhani deyib ki, İran və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmini sahəsində əməkdaşlıqda maraqlıdır. İran regionda sülh və dostluğun dəstəkliyicisidir və bu sahədə hər cür yardım lazım olsa etməyə hazırıq.

O deyib ki, bu gün regionda böyük  problemlər yaşanmaqdadır. “İfratçılıq və terrorizm  regionda böyük  problemlərdir və bu problemlərlə mübarizə aparmaq lazımdır. Biz regionda  sülh və dostluğun hökm sürməsini istəyirik”.

İran prezidenti deyib ki, İran və Azərbaycan bir-biri ilə səmimi və yaxın əlaqələr qurmaq niyyətindədir və açıq şəkildə elan edirik ki, icazə verməyəcəyik üçüncü ölkə  iki xalqın əlaqələrində problem yaratsın.

Ruhani sözünün davamında bildirib ki, İran region ölkləri ilə birlik, qardaşlıq və dostluq yolunu davam etdirib. Ruhani Azərbaycana İranın sülhyönlü nüvə proqramı hüququnu beynəlxalq qrumlarda dəstəklədiyi üçün təşəkkür edib və deyib ki, İran beynəlxalq qurumlarda həmişə Azərbaycanın hüquqlarını  dəstəkləyir. “Düşünürük  bütün ölkələr MAQATE və NPT çərçivəsində sülhyönlü nüvə texnologiyasından istifadə edə bilər və icazə verməməliyik bəzi ölkələr bu texnologiyanı öz inhisarında saxlasın.  Düşünürük  sanksiyalar kimi paslanmış silahlar daha işləməz və dünyada sülh, sabitlik və inkişaf əl-ələ verməlidir”

Ruhani  deyib ki, Araz çayı iki ölkə arasında dostluq sərhədidir. İki xalq arasında ayrılıq yaradacaq sərhədləri qəbul etmirəm və Araz çayı iki ölkənin və xalqının çiçəklənməsinə töhfə verməlidir. /

 

 

Google+ WhatsApp ok.ru