Rumıniyada futbolçuları daşıyan mikroavtobus qəzaya düşüb, 16 nəfər xəsarət alıb 06 Avqust 2016 01:00 Dünya Yaralılar yaxınlıqdakı Deva və Hunedoara rayon xəstəxsanalarına yerləşdiriliblər Rumıniyanın Hunedoara vilayətinin Deva adminstrativ mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Vetel yaşayış məntəqəsi ərazisində futbolçuları daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan həmin rayonun Çertej qəsəbəsini təmsil edən futbol klubunun 14 üzvü də olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə 10 təcili tibbi yardım maşını və bir helikopter cəlb olunub. Yaralılar yaxınlıqdakı rayon xəstəxanalarına yerləşdiriliblər. Polisin ilkin araşdırmasından sonra Arad rayonundan Deva rayonu istiqamətində hərəkət edən yük maşınının sürücüsünü qarşı tərəfin yoluna çıxdığı məlum olub. Qeyd edək ki, mikroavtobusda olan 17-26 yaşlı 14 futbolçu Deva rayonunun 20 kilometrliyində yerləşən İlia yaşayış məntəqəsinin futbol komandası ilə səfər oyununa gedirmiş. / Teqlər : #Rumıniyada futbolçuları daşıyan mikroavtobus qəzaya düşüb,#16 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtaliyadan Fransaya keçmək istəyən miqrantların qarşısı alınıb Bəhreyndə daha 4 şiə ruhani həbs olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO