Rumıniyada müsəlman qəbirstanlığı salınacaq

Rumıniyada müsəlman qəbirstanlığı salınacaq

Rumıniyanın paytaxtı Buxarestdə yaşayan müsəlmanların ən mühüm problemlərindən biri olan müsəlman qəbiristanlığının salınmasını Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbərliyi (TİKA) öz üzərinə götürüb
 
Buxarestdə yerləşən Türkiyə Şəhidlər Xiyabanının kənarındakı qəbiristanlığın tələbata cavab verməməsi səbəbilə görülən işlər nəticəsində, Buxarest şəhər Bələdiyyəsinin Ali Şurasının Qəbiristanlıqlar idarəsi və Rumıniya Müsəlmanları Müftiliyi arasında saziş imzalanıb. Müqaviləyə əsasən, şəhərin İlfov rayonunun Domneşti məntəqəsində yerləşən 4 min kvadratmetrlik ərazi 49 il müddətinə Rumıniya Müsəlmanları Müftiliyinə təmənnasız verilib. Rumıniya Müsəlmanları Müftiliyi ilə aparılan məsləhətləşmələr nəticəsində, qəbiristanlığın inşasını TİKA-nın edəcəyi bildirilib.
 
Rumıniya müftisi Yusif Murad Müsəlman türk məzarlığı məsələsinin, türklər və tatarlar üçün uzun müddətdir gözlənilən bir məsələ olduğunu deyib: "Müftiliyimizin səy və təşəbbüsləri ilə bu məsələni həllinə çatdırdıq".
 
Qəbiristanlıq layihəsində iki mərtəbəli yataqxana binası və qüslxana üçün isitmə, izolyasiya, santexnika, elektrik, kanalizasiya, həmçinin piyada yolları və ətrafın abadlaşdırılması ilə bağlı təfərrüatlara yer verilib. (deyerler) /

Google+ WhatsApp ok.ru