Rumıniyanın sabiq turizm naziri “çirkli pulların yuyulmasında” şübhəli bilinərək saxlanılıb

Rumıniyanın keçmiş turizm və regional inkişaf naziri Yelena Udrya ötən gün “çirkli pulların yuyulmasında” və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
 
Ssabiq nazirin vəkilinin açıqlamasına əsasən, Udrya korrupsiya ilə mübarizə idarəsində izahat verdikdən bir gün sonra polis tərəfindən saxlanılıb. Yelena Udrya ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.  
 
Prokurorlar iddia edir ki, Yelena Udrya Rumıniyanın məktəblərində proqram təminatının quraşdırılması üzrə qanunsuz sxemlərin yaradılmasında və  “pulların yuyulmasında” yaxından istifadə edib.
 
Qeyd edək ki, Yelena Udrya  2009-2012 cillərdə Rumıniyanın  turizm və regional inkişaf naziri vəzifəsində çalışıb.  

Google+ WhatsApp ok.ru