Rus donanmasına 8 atom sualtı qayığı veriləcək

Atom sualtı qayığı olan "Vladimir Monomax" rəsmən Rusiya Donanmasına təslim edilib. Gəmi oxşarı olmayan və kimsənin bacarmadığı texniki keyfiyyətlərə sahib kimi səciyyələndirilir.
 
Maide.az xəbər verir ki, "Vladimir Monomax" kreyseri nüvə çəkindirmə qüvvələrinin dəniz ansamblını tamamlayan strateji raket daşıyıcıları siyahısında üçüncü olub. 
 
Atom sualtı raket daşıyıcıları strateji silah olduğundan, "Borey" layihəsində gəmilərin tikintisinin əvvəlcədən Rusiya avadanlığıyla təchiz edilməsi nəzərdə tutulub. Texniki təchizat, radio elektron silahlar, hər bir hissəsi sırf Rusiya istehsalıdır. Bunun xüsusilə bu gün böyük əhəmiyyəti var, çünki Rusiya xaricdən edilən müxtəlif növ təzyiqlərə məruz qalır.
 
İki "Borey" hələ inşaat mərhələsindədir. 2020-ci ilə qədər Rusiya Donanmasının tərkibində 8 belə atom sualtı gəmisi veriləcək. "Borey" sualtı gəmilərinin uzunluğu 170 m, eni 13,5 m, su tutumu 24 tona qədərdir. "Borey" layihəsindən gəmilər "R-30", "Bulava-30" tipli qitələrarası balistik raket və torpedalar daşıyacaq.

Google+ WhatsApp ok.ru