Rusiya-İran-Azərbaycan görüşündə Dağlıq Qarabağ əsas müzakirə mövzusu olacaq

 Dağlıq Qarabağ münaqişəsi zonasında böhranın nizamlanması Bakıda aprelin 7-də keçiriləcək Rusiya-İran-Azərbaycan görüşünün əsas müzakirə mövzusu olacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Sankt Peterburqda keçirilən media forum iştirakçıları qarşısında çıxışı zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.  
 
“Bundan əvvəl bildirildiyi kimi, aprelin 7-də  Rusiya-İran-Azərbaycan görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüş baş tutacaq, lakin baş verən hadisələrlə əlaqədar onun aktuallığı daha da artıb. Şübhəsiz ki, Dağlıq Qarabağ əsas müzakirə mövzusu olacaq”, - deyə Zaxarova bildirib /

Google+ WhatsApp ok.ru