Rusiya Suriyaya zərbəyə görə İsrailin səfirini çağırıb

Rusiya Suriyaya zərbəyə görə İsrailin səfirini çağırıb

İşğalçı İsrail rejiminin Moskvadakı yeni səfiri Harri Koren martın 17-si cümə günündə İsrail HHQ-nin Suriyada İŞİD-ə qarşı qanuni yolla (Suriya hökümətinin icazəsi ilə) döyüşən Hizbullah müqavimət hərəkatına hərbi tədarük daşıyan karvana endirdiyi hava zərbələri səbəbi ilə izahat vermək üçün Rusiyanın XİN binasına çağırılıb.
 
Martın 16-da Rusiya prezidenti Vladimir Putinə etimadnaməsini təqdim etdikdən bir gün sonra Rusiya XİN-nə çağırılan Harri Koren nazirliyin saytında yerləşdirilmiş qısa protokola əsasən Rusiya xarici işlər nazirinin müavini, Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanova izahatlar verib.
 
"Söhbət zamanı əsas diqqət Suriyada və onun trafinda baş verən son hadisələrə yetirilmişdir" - məlumatda deyilir.
 
İşğalçı ölkənin səfiri Boqdanovdan sonra Rusiya xarici siyasət idarəsinin başçısının digər müavini ilə Sergey Ryabkov ilə görüşməli olub və burada "bəzi aktual məsələlərin beynəlxalq təhlükəsizlinin" müzakirəsi keçirilib.
 
Korenin Xarici İşlər Nazirliyində keçirdiyi görüşlərin digər təfərrüatları barədə açıqlanmayıb.
 
Xatırladaq ki, martın 17-də, sionist İsrailin HHQ-nin təyyarələri cümə gününə keçən gecə Suriya ərazisində yerləşən hədəflərə hava hücumu edib. Suriyanın "SANA" agentliyi hava hücumunda dörd israil qırıcısı iştirak edib. Onlara Hava Hücumundan Müdafiə vasitələrindən atəş açılıb, nəticədə bir təyyarə vurulub. (islaminsesi)

Google+ WhatsApp ok.ru