Rusiya ABŞ-ın mümkün yeni sanksiyalarına reaksiya verəcəyi ilə hədələdi 14 Dekabr 2014 02:00 Dünya Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Vaşinqton Moskva üzərinə yeni sanksiyalar tətbiq edərsə, Rusiya buna cavab tədbirləri ilə reaksiya göstərəcək. ABŞ Konqresi Rusiyanın silah şirkətlərini və yüksək texnologiyalı neft layihələrinin investorlarını hədəfləyəcək yeni sanksiyaları artıq hazırlayıb, lakin sanksiyaların qüvvəyə minməsi üçün onları prezident Barack Obama imzalamalıdır. “Biz bunu cavabsız qoya bilməyəcəyik, - deyib Ryabkov. Rusiya rəsmisi cavab tədbirlərinin nədən ibarət olacağı barədə təfərrüatları açıqlamayıb. Rusiya Krımı ilhaq edəndən bəri Vaşinqtonla Moskva arasındakı münasibətlər Soyuq müharibədən bu yana ən yüksək gəginliyinə çatıb. Qərb israr edir ki, Rusiya Ukraynanın şərqindəki separatçıları silah-sursat, hərbi texnika və canlı qüvvə ilə təchiz edir. Rusiya bu iddiaları danır. ABŞ və Avropa İttifaqı Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə artıq Moskva üzərinə çoxsaylı sanksiyalar qoyub. Bundan əvvəlki sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən meyvə-tərəvəzin idxalını qadağan edib. Rusiya Konqresin ötən cümə qəbul etdiyi “Ukrayna Azadlığına Dəstək Haqqında Qanun”u qətiyyətlə pisləyib. Bu qanun Rusiya üzərinə yeni, daha ağır sanksiyalrın qoyulmasını nəzərdə tutur. Bundan əlavə, Amerika Konqresi və Senatı demək olar ki, yekdilliklə Ukrayna hökumətinə separatçılarla mübarizə üçün döyüş silahlarının verilməsini dəstəkləyib.azadliq / Teqlər : #Rusiya ABŞın mümkün yeni sanksiyalarına reaksiya verəcəyi ilə hədələdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlmanları öldürən serblərə cinayət işi açılıb Türkiyədə fətullahçı media təmsilçilərinin həbsi başlandı - Video-Fotolar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO